"Çimərlik mövsümünün başlanması ilə Xəzərin sahili istirahət üçün sevimli yerlərdən sayılır. Buna görə də bizi narahat edən, hər il təkrarlanan məsələləri bölüşmək istəyirəm. Təəssüf ki, biz tez-tez çimərliklərimizin necə çirkləndiyinin şahidi oluruq".
ONN media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
U.Tağıyeva xatırladıb ki, artıq neçə ildir ekoloqlar yay aylarında sahil zolağının təmizlənməsi ilə bağlı aksiyalar keçirir: "Sevindirici haldır ki, bizim tədbirlərimizdə müxtəlif ekoloji təşkilatlar və könüllülər iştirak edir. Lakin bununla problemi kökündən həll etmək kifayət etmir. Biz yaxşı anlayırıq ki, belə kampaniyalar mövcud problemə diqqətin cəlb edilməsi üçün keçirilir. Lakin, fokusumuzu çimərliklərin təmizlənməsindən zibilliklərin əmələ gəlməsinin qarşısının alınması ilə əvəz etsək, birlikdə məqsədimizə nail ola bilərik. Bu gün mən xüsusilə bizim cəmiyyətin qadınlarına müraciət etmək istəyirəm. Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq. Təmizliyə və səliqəliliyə sevgi hissi isə hər birimizdə var".
O qeyd edib ki, ətrafda təmizlik və səliqəlilik olanda hamıya xoş olur: "Buna nail olmaq isə elə də çətin deyil. Kifayət edər ki, hər kəs istirahətdə olduğu yeri özündən sonra yığışdırsın. Bununla biz, həm də hər kəsin ardınca yığışdırmağı təbii ki çatdırmayan şəhər və rayon təsərrüfat xidmətlərinin işini də yüngülləşdirmiş olarıq. Bura bizim doğma ölkəmizdir. Məqsədimiz onu qorumaq, bizdə olan bütün yaxşı ənənələrini saxlamaqdır. Əziz, hörmətli qadınlar, sizə müraciət edərək tərəfinizdən anlayışla qarşılanmağımı ümid edirəm. Bütün qadınları və təbiət istifadəçilərini təbiəti, ətraf mühiti zibilləməməyə çağırıram”.



Prezidentdən Umayra Tağıyeva ilə bağlı sərəncam
Qarabağla bağlı ümidimizi kəsmirdik - Umayra Tağıyeva
Hava nə vaxt sabitləşəcək? - Umayra Tağıyeva AÇIQLADI
Yağış nə vaxta qədər yağacaq?- Açıqlama
Qarşıdakı günlərdə hava necə olacaq? - Yaxın həftə ərzində...
Umayra Tağıyevadan mühüm açıqlama
Umayra Tağıyeva: "Havanın temperaturu gündən-günə yüksələcək"
Külək gecəyə doğru səngiyəcək - Umayra Tağıyeva
Hava nə vaxta qədər belə davam edəcək?
8 Mart günü hava necə olacaq?
Nazirlikdən külək açıqlaması: Gün ərzində...
Qaxda qarın hündürlüyü 64 sm-ə çatıb - FAKTİKİ HAVA
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 