"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar: “Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən xoşagəlməyən güclü küləklərlə, respublikanın rayonlarında isə xüsusilə dağlıq və dağətəyi rayonlarda ildırım, dolu və leysan yağışlarla müşayiət olunur. Dəyişkənlik fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daima yerdəyişməsi səbəbindən yaranır. Bu, ona görə baş verir ki, bizim planetin hər bir ərazisi günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir”. U.Tağıyeva bildirib ki, faktiki hava üzərində müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur: “Böyük həcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparırlar. Lakin insan iştirakı olmadan keçinmək mümkün olmur. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir. Yaz dövründə kifayət qədər tez-tez lokal, kütlədaxili proseslər müşahidə olunur. Onlar həm də relyefin xüsusiyyətlərinə görə müəyyənləşdirilir ki, bunu da kompüter modelləri sadəcə olaraq nəzərə almaq iqtidarında deyillər. Bax elə yaxın günlərdə, demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin həmin kütlədaxili proseslər istisna deyil. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman yaz-yay dövrü üçün səciyyəvi olan iri həcmdə, sürətlə yaranan və yuxarı təbəqələrə qalxan məhz isti hava kütlələri nəticəsində dolunun yaranması üçün şərait yetişir. Bu proseslər bir qayda olaraq bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur”. Xidmət rəisi vurğulayıb ki, bu il aprel ayından başlayaraq Azərbaycan ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub: “Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq, görərik ki, əgər 2000-2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişilib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb. Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas vardır. Sinoptiklərin işi isə bütün bu hadisələrin gözlənilməz olmamasından ibarətdir”.
Umayra Tağıyeva: "Havanın temperaturu gündən-günə yüksələcək"



Qaxda qarın hündürlüyü 64 sm-ə çatıb - FAKTİKİ HAVA
Hava nə vaxta qədər belə davam edəcək?
Hava yenidən KƏSKİN PİSLƏŞİR: 22 fevraladək... - XƏBƏRDARLIQ
Bu həftə hava necə olacaq? - PROQNOZ
Hava nə vaxt sabitləşəcək? - Umayra Tağıyeva AÇIQLADI
Qarabağla bağlı ümidimizi kəsmirdik - Umayra Tağıyeva
Azərbaycanda anomal istilər olacaq, temperatur 44 dərəcəyədək yüksələcək
Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Yağıntılı hava şəraitinin nə vaxta kimi davam edəcəyi açıqlanıb
Temperatur 20 dərəcəyədək artacaq - Anomal istilər gəlir
Nazirlik: İndiki istu hava iyul, avqust üçün səciyyəvidir
Umayra Tağıyevadan hava şəraiti ilə bağlı AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 