Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təntənəli Qələbə paradında iştirak etmək üçün bu gün Azərbaycana gələcək.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.
Qeyd edilir ki, Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşəcək.
Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.
İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.
Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq.
Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.
Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.



Ərdoğan Azərbaycana səfərə yola düşdü
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
İlham Əliyev Ərdoğanın şərəfinə ZİYAFƏT VERDİ
Ərdoğan bu gün Azərbaycana səfərə gəlir
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİR
Ərdoğandan SON MESAJ: "Buradan Azərbaycana..."
Ərdoğan Azərbaycana gəlir
Ərdoğan Bakıya səfər edəcək
SON DƏQİQƏ! Ərdoğan Bakıya gəlir
Ərdoğanın Şuşa səfəri nə vaxt olacaq?
Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 