"Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm".
ONN media xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əskinasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.
Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: "Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əskinaslar əsl deyil, saxtadır, oyuncaqdır".
Babanlı məsələyə federasiyada baxılacağını sözlərinə əlavə edib: "Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik".
Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb: "Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev 3 görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb".
Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb: "Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır".
Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.



Məşhur azərbaycanlı idmançı Bakı küçələrinə 100 dollarları belə səpdi - VİDEO
Federasiyadan Bakı küçələrinə dollar səpən idmançı barədə ŞOK QƏRAR
Elmar Məmmədyarov səfir təyin olunur?
Banklar dolların alış qiymətini qaldırdı
Elmar Vəliyevin vəziyyəti necədir? -AÇIQLAMA
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Nazir: Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər
Elmar Məlikov yeni vəzifəyə təyin edildi
Deputatın və keçmiş icra başçısının oğlu İŞDƏN ÇIXARILDI
Məmmədyarov yeni səfirlə görüşdü
Elmar Məmmədyarov danışdı: "Getməyə yerim yoxdur"
Elmar Məmmədyarov istefa verib?
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 