Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanunu imzalayıb.
Sənədə əsasən, Azərbaycanda olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.
Belə ki, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.
Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunur.
Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti, müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi digər şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcək.
Peşə təhsili müəssisələrinə tələbə qəbulu meyarı tərəflər tərəfindən müəyyən ediləcək.
Yaradılacaq peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi), Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınacaq.
Peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq iki diplom veriləcək.
Peşə təhsili müəssisələrində işləyəcək kadrlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək.
Türk rəhbər işçi və müəllimlərin təyin edilməsi, əməkhaqqı, iş şəraiti və vəzifə müddətləri Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq müəyyən ediləcək və əməkhaqqı Türkiyə tərəfindən ödəniləcək.
Azərbaycanlı rəhbər işçi, müəllim və digər kadrların təyin edilməsi və əməkhaqqının ödənilməsi Azərbaycan tərəfindən həyata keçiriləcək.
Peşə təhsili müəssisələrində ödənişli kurs proqramı açıldığı təqdirdə kurslara təyin ediləcək türk və azərbaycanlı müəllimlərin əməkhaqqı Azərbaycan tərəfindən ödəniləcək. Protokolun tətbiq edilməsinə görə Azərbaycan hökuməti adından Təhsil Nazirliyi, Türkiyə hökuməti adından Türkiyə Milli Təhsil Nazirliyi öhdəlik daşıyacaq.



“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Ərdoğan Azərbaycanla bağlı sənəd imzaladı
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq
Bu şagirdlərə şad xəbər-İmtahansız qəbul olunacaqsınız
Sabahdan qeydiyyat başlanır
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Peşə təhsili üzrə "Dərs vaxtı"nın 2 mart CƏDVƏLİ
Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA
Peşə məktəbləri ilə bağlı yeni QƏRAR
“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi
Peşə məktəbləri ilə bağlı YENİ QƏRAR
Nəticələr bu gün elan olunacaq - DİQQƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 