“Bir də şansım olsa, heç vaxt bu sənəti seçmərəm. Çox çətin sənətdir. Paxıllıqlar var. Düzdür, bu, bütün sahələrdə var, amma bizim sənətdə daha çoxdur. Üzünə gülüb arxanca danışırlar. Bu camiyədə vicdanlı, şərəfli olmaq təəssüf ki, kök altındadır. Bax, bu nüanslara görə hərdən bu sənətdən uzaqlaşmaq istəyirəm”.
Bu sözləri Xalq artisti Samir Cəfərov “Üzə-düz” verilişində deyib. Müğənni sənətdən yorulduğunu, peşman olduğunu bildirib:
“Qəlbimi qırırlar, amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün çalışmadım. Sənət üçün çalışdım. Mənə Rəşid Behbudovun, Bülbülün davamçısı deyirlər. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir. Davamçı o deməkdir ki, o, hansı işi yarımçıq qoyub, onu davam etdirirlər. Mən o fikirlə razı deyiləm. Diktor Rafiq Hüseynovun, Roza Cəlilovanın davamçısı ola bilməz! Onlar heç bir işi yarımçıq qoymayıb”.
Samir Cəfərov Əməkdar artist Sevda Ələkbərzadədən də bəhs edib:
“Dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. Səhnəyə çıxıb bütün dünyanı lərzəyə gətirən sənətçi yoxdur. Sevda Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda onların edə bilmədiklərini edir, onlardan da yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsaydı, o, indi dünyanı tutmuşdu. O adamın tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?”



Rəşid Behbudovun qızından Faiq Ağayevə etiraz
Behbudovun mahnısı oğurlandı: qızı çağırış etdi - VİDEO
İllər sonra Səməd Səmədovu bağışladı
“Şou adamından mənə gəlin olmaz” — Nəvə həsrəti çəkən xalq artisti – VİDEO
9 iyun Rəşid Behbudovun vəfat etdiyi gündür
Bu gün Rəşid Behbudovun vəfat etdiyi gündür
Bu gün Rəşid Behbudovun vəfat etdiyi gündür
Nüşabə ilə Afət tədbirdə dalaşdı-VİDEO
Xalq artistindən həmkarlarına sərt ittihamlar
Pərviz Bülbülə Türkandan ayrıldı- SƏBƏB?(VİDEO)
Nigar Şabanova sənətdən gedir: Səbəbini açıqladı...
Zaurun verilişində yoluxmuşam – Baloğlan Əşrəfov
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 