İşğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olan daha iki nəfər minaya düşüb.
Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumatda bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Bu gün – iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.
Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunmuşdur.



Prokurorluq Füzulidəki mina partlayışı ilə bağlı məlumat yaydı
Füzulidə minaya düşənlərlə bağlı cinayət işi başlanıldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər ƏLƏ KEÇDİ
DİN Ağdamda minaya düşən şəxslərlə bağlı XƏBƏR YAYDI
Azad olunan ərazilərə 124 nəfər qanunsuz DAXİL OLDU - RƏSMİ
Tərtərdə minaya düşən şəxslə bağlı AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə ƏMƏLİYYAT - 6 nəfər saxlanıldı - VİDEO
Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı
Qanunsuz yolla Talışa gedən şəxs tutuldu
Azad olunan ərazilərə getmək istəyənlər ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 