Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun bu gün sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməmə səbəbini belə şərh etdi: “Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!”
ONN media bildirir ki, bu barədə Axar.az-a danışan Elçin Əhmədov deyib ki, medal almamasının səbəbini bilmir:
“Çox düşünüb analiz etdim. Bircə ağlıma divarı yazmağım gəldi. Döyüşlərə könüllü getmişdim. Cəbrayıl, Hadrut, Xocavənd, Xocalının kəndləri və Şuşa istiqamətində gedən bütün döyüşlərdə sona kimi iştirak etmişəm. Artıq mənim böyük bir ailəm var. Medal almaqdan daha gözəl xalqımın, millətimin sevgisini qazanmaq oldu. Bu mənə bəsdir. Ən əsası torpaqlarımızın işğaldan azad olunması idi. Bu, mənim üçün daha böyük fəxr və qürur hissidir”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, əgər E.Əhmədovun adına medalla bağlı raport yazılıbsa, bu, araşdırılacaq:
“Vətən müharibəsi iştirakçılarına medal verilməsi hələ davam edəcək. Müharibənin bitməsindən az vaxt keçib. Müharibə iştirakçılarının hər biri araşdırılacaq, qəhrəmanlıq göstərən hər bir kəs lazımi qaydada mükafatlandırılacaq”.
Qeyd edək ki, Vətən müharibəsində Elçin Əhmədovun Hadrutda divara yazdığı “Maştağa 1 nömrəli internat” sözləri sosial şəbəkələrdə gündəm olmuşdu.



Cüdoçularımızdan daha bir uğur
Azərbaycan cüdoçusundan daha bir qalibiyyət
Şəhidimiz medalla təltif edildi
Orxan Səfərov qızıl medal qazandı
Daha bir cüdoçumuz gümüş medal qazanıb
Kamil Zeynallıya medal təqdim olundu: “Bəzilərinin ürəyi partlamasın” - VİDEO
Paris Olimpiadasında bu günün medal sıralaması
BDU Vətən müharibəsi iştirakçısına diplom vermir?
Güləşçimiz ermənini məğlub edərək bürünc medal qazandı
Böyük Dəbilqə: Xanım cüdoçumuz bürünc medal qazandı
Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri kimlərə veriləcək?
Karateçilərimizdən Tiflisdə böyük uğur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 