Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq.
ONN media xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclisin Sədrinin ölkənin Baş naziri,Milli Assambleyanın sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Görüşlərdə parlamentlərarası əlaqələrin bugünü, gələcək inkişaf istiqamətləri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Burada Milli Məclisin Sədri Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Diplomatik Akademiyada olacaq, məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış edəcək.



Sahibə Qafarova Pakistana gedir
Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
Sahibə Qafarova Türkiyəyə gedir
Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Sahibə Qafarova Tacikistana rəsmi səfər edib
Azərbaycanlı deputatlar İtaliyaya getdi
Milli Məclis sədrinin Özbəkistana səfəri başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 