Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-dən iyunun 4-dək Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdə olacaq. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ONN media -ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı, Tahir Kərimli, deputat İlham Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər çərçivəsində nümayəndə heyətimiz ölkənin paytaxtı İslamabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edəcək, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Konfransda Milli Məclisin sədri çıxış edəcək. Burada Milli Məclis sədrinin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Pakistan tərəfinin dəvəti ilə iyunun 3-dən başlayacaq rəsmi səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasının prezidenti, Baş naziri, Senatın sədri, Milli Assambleyanın spikeri və ölkəmizlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşləri gözlənilir. Səfər çərçivəsində baş tutacaq görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi barədə fikir mübadiləsi aparılacaq.
Sahibə Qafarova Pakistana gedir



Sahibə Qafarova Türkiyəyə gedir
Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)
Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
Azərbaycanlı deputatlar İtaliyaya getdi
Sahibə Qafarova Macarıstana gedir
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Sahibə Qafarova Avstriyada rəsmi səfərdədir
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Sahibə Qafarova Pakistanda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 