Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq şirkətləri Azərbaycana dəvət edib. Həmin şirkətlər gəlib nəzərdən keçirdikdən sonra gördülər ki, suyun tərkibində zərərli maddələr çoxdur. Oxçuçayın tərkibində olan dəmir və nikelin faizinin normadan çox olduğu bəlli olub.
ONN media bildirir ki, bunu açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib. O qeyd edib ki, Ermənistan dövləti bu cür əməllərinə görə beynəlxalq qurumlar qarşısında cavab verəcək: “Ermənistanda yerləşən mis zavodunun səhm sahiblərindən biri də Almaniya şirkətidir. Həmin bu zavod qeyri-qanuni şəkildə Oxçuçaya zərərli maddələr axıdıb. Demək olar ki, həmin ərazi ölü zonaya çevrilib. Bununla bağlı müxtəlif qurumlar xəbərdar edilib. Dövlət səviyyəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu mövzu ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi. Bu hadisənin qarşısının alınması üçün xəbərdarlıq məktubları göndərilib. Bu əməllərinə görə Ermənistan hakimiyyəti və həmin şirkətdə səhm sahibi olan şirkətlər beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Ermənistan yaxşı bilir ki, bu cür zərərli maddələri çaya axıtmaq olmaz. Biz çalışacağıq ki, bu əməli törədən Ermənistan dövləti və həmin şirkətin səhm sahibləri beynəlxalq hüquq qarşısında cavab versin. Oxçuçay Araz çayının bir qolu olub, Zəngəzur ərazisindən keçərək Kür çayına qovuşur. Bu çirkləndirilmiş su əkin sahələrinin suvarılmasında istifadə olunur. Yəni bu hadisə birbaşa Azərbaycanın ekologiyasına ziyan vurur”.



Oxçuçayın çirkləndirilməsi beynəlxalq forumda qaldırıldı
Deputat Sadiq Qurbanov ETSN işçilərini təbrik edib
Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
Bu nazirliyin strukturunda dəyişiklik edildi
DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
DYP sürücülərə xəbərdarlıq etdi
Lökbatanda kəsilən ağacların cəzasını kim çəkəcək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak etdi
Ermənilər Oxçuçayı belə çirkləndirir - VİDEO
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
Oxçuçay problemi BMT-nin iclasında müzakirəyə çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 