ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.
Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "ləğv mədəniyyətinə qarşı mübarizə", "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", həmçinin sosial şəbəkələrdəki "inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.
“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.
Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.
Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu "mütləq biabırçılıq" və Birləşmiş Ştatlar üçün "alçalma" adlandırıb. / ("Report")



Tvitter Trampın hesabını blokladı
Tvitter Trampı birdəfəlik blokladı
Trampın qərargahından açıqlama: "Tələsdi..."
Klinton Trampı ABŞ-a xəyanətdə ittiham etdi
Trampın sözçüsü də koronavirusa yoluxdu
Trampın impiçmenti elan edildi
Əgər Tramp belə davam edərsə...
Tramp xəstəxanadan buraxılır?
Trampın ailəsində ŞAD GÜN
Əliyev Trampa sui qəsdlə bağlı paylaşım etdi
Trampın niyyəti bəlli deyil - PREZİDENT
Trampın Tvitterdə yazdıqlarını oxumuram... - Putin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 