Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq.
ONN media xəbər verir ki,bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Jurnalist araşdırması”nın iyulun 3-ü efirə gedəcək buraxılışında erməni terrorçuların işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq.
Verilişdə bildirilib ki, ermənilər qanlı cinayətlərin böyük əksəriyyətini Şuşa həbsxanasında həyata keçirirmiş. Bəzi mənbələrdə Şuşa həbsxanasının XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına tikildiyi iddia edilir. Bu türmə tikilənə qədər məhkumlar Gəncə şəhərindəki həbsxanada saxlanılırmış və qohum-əqrabanın məhkumlara baş çəkməsinin çətinliyini nəzərə alan Xan qızı guya şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.
Əslində isə həqiqət başqadır. “Jurnalist araşdırması”nda bu iddialar araşdırılacaq, həqiqətlər ortaya çıxarılacaq.
Verilişdə Şuşa həbsxanasının keçmiş rəisi Aydın Abbasovun da fikirlərinə yer verilib. Bundan başqa, “Jurnalist araşdırması”nda uzun müddət erməni əsarətində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlanıldığı kameralar göstəriləcək.
Şuşa həbsxanasının son görüntüləri, işgəncə verilmiş azərbaycanlıların yaşadığı dəhşətlər iyulun 3-ü saat 21:00-da AzTV-də efirə veriləcək.



Məşhur Şuşa həbsxanası sökülür?
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında
Şuşada pişiklər üçün sığınacaq yaradıldı
Şuşa şəhərinin havadan yeni görüntüləri - VİDEO
Şuşa qalasına böyük ölçülü bayrağımız asıldı
Şuşada ilk şirniyyat evi açıldı
Prezident Şuşada yeni qəsəbənin təməlini qoydu
ABŞ səfiri Şuşaya getdi
Əliyev və xanımı Qala divarına baxış keçirib
Şuşada AzTV-nin yayımına başlandı
Arutyunyandan Şuşa ETİRAFI
Bəhram Bağırzadə ermənilərə OD QOYDU: Şuşa...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 