İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.
19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Qeyd edək ki, 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62 242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59 171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59 153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!



Bu gün 3523 müəllim işə qəbul imtahanı verəcək
MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı
Müəllimlərin işə qəbulu üzrə imtahanların ikinci mərhələsi başlayır - TN
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Bu gün onlar işə qəbul imtahanı verir
Müəllim olmaq istəyənlərin nəzərinə - SON 1 GÜN
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
DİQQƏT- Tarixlər açıqlandı
MİQ imtahanı verəcək şəxslərin nəzərinə
Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının dəqiq tarixləri AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 