Keçən ilin son aylarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin işçilərlə icbari sığorta müqaviləsi bağlamalarına nəzarəti “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçirir.
ƏƏSMN-dən verilən məlumata görə, həmin müqavilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını nəzərdə tutur.
Ötən dövrdə e-sistem üzərindən həyata keçirilən nəzarət zamanı 72 işəgötürənin icbari sığorta müqaviləsi bağlamadığı və ya sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyi aşkar edilib. Xidmətin qanunvericiliyin tələbləri əsasında gördüyü tədbirlər nəticəsində onların hər birinin işçilərlə icbari sığorta müqaviləsi bağlamaları təmin olunub.
Habelə, 156 işəgötürənin bu sahədə inzibati xəta hallarına yol verdikləri aşkarlanıb və onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd edək ki, İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsisteminə inteqrasiyası bu sahədə e-sistem üzərindən operativ və effektiv nəzarətin təmin olunmasına imkan verib. Bu isə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanan işçilərin sayında artımla nəticələnir.



Milli Məclis bu qanunları ləğv etdi
Azərbaycanda 2 qanun ləğv edilir
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI
Taksi sürücülərinin NƏZƏRİNƏ- MÜTLƏQ OXUYUN
Sosial iş yerlərində şəhid ailəsi üzvlərinin əməkhaqqının bir hissəsini dövlət ödəyəcək
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur
Bu sürücülərə cərimə yazılacaq — RƏSMİ
Naxçıvanda bu nazirliklərin birgə komissiyası ləğv olunub
779 vətəndaşın sosial yardımı niyə ləğv edildi?
İşəgötürənlərə xəbərdarlıq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 