Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir. ONN media xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi qaydası"nda öz əksini tapıb. Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bu Qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hissəsi 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir. Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 (on) faizindən çox fərqlənə bilməz. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 (bir) işəgötürən üzrə 10 (on) sosial iş yerindən çox ola bilməz. Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI



Sosial iş yerlərində şəhid ailəsi üzvlərinin əməkhaqqının bir hissəsini dövlət ödəyəcək
İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması QAYDASI DƏYİŞİR
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
156 işəgötürən cəzalandırıldı
Prezidentdən pensiya alanlara ŞAD XƏBƏR
Milli Məclis bu qanunları ləğv etdi
Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK
Azərbaycanda 2 qanun ləğv edilir
İşəgötürənlərin NƏZƏRİNƏ
Yanvarın 1-dən etibarən hər ay MAAŞINIZDAN BU QƏDƏR TUTULACAQ
İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 