Azərbaycanda ucuz, hər kəs üçün əlçatan olduğu üçün daha təhlükəli olan narkotik vasitələrin yayılması narahatlıq doğurur. Bu gün gənclər arasında şüşə, yaxud "patı" deyilən maddənin istifadəsi adiləşib.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin məsələ köklü həll edilməlidir. Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhədini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhədini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır? Bütün bunlar deməyə əsas verir ki, bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz. Düzdür, cəzanı sərtləşdirmək həmişə effekt vermir, amma biz digər tədbirlər fonunda cinayət qanunvericiliyindəki 234-cü maddəni, habelə narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi, yaxud vətəndaş üçün qorxulu hüquqi zonaya çevrilsin".



“Patı” Azərbaycana Xankəndindən gəlir? - Türkiyə mediası
"Patı" satan 7 nəfər tutuldu
Qubada “patı” istifadə edən dəstə yaxalandı
Polisdən daha bir "patı" əməliyyatı
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Qubada "patı" satan dəstə üzvləri saxlanıldı
Alman kəşfiyyatı "patı" ilə bağlı ŞOK FAKTLARI AÇDI: Xankəndidə hazırlanır
Şirvanda "patı" satan qadın ƏLƏ KEÇDİ
DTX mühüm məlumatı açıqladı
Xızıda əməliyyat - 6 nəfər tutuldu
Gözəllik salonlarında qadınlara "patı" verənlər kimlərdir? - RƏSMİ
Azərbaycanda 18 oktyabr qeyri-iş günü elan edilsin - MM-də müzakirə
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 