Son günlər "patı" bəlası əsas müzakirə mövzularından biridir. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var.
ONN media xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevrilən "patı" Xankəndidə hazırlanır.
"Bəllidir ki, "patı" problemi ölkəmizdə hamımızın bəlasına çevrilib. Bununla bağlı əldə etdiyim və şok effekt yaradan məlumatı diqqətinizə çatdırıram!
Alman hökumətindəki mənbələrdən əldə etdiyim məlumata görə, Azərbaycanda bəlaya çevrilən "patı" Xankəndidə hazırlanır. Alman kəşfiyyatı bununla bağlı dəqiq informasiya əldə edib. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.
Mənbənin bildirdiyinə görə, Xankəndidə "patı" istehsal edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Əvvəllər bunun istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə bu işi Xankəndidə davam etdirirlər.
Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir. "Patı" işini Ermənistan hakimiyyəti ilə İran rejimi birgə həyata keçirərək Azərbaycan gənclərini məhv edir.
Mən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidməti rəhbərliyinə müraciət edirəm. Bu bəlaya qarşı birlikdə mübarizə aparaq. Xankəndidə hazırlanıb İran vasitəsilə Azərbaycana ötürülən bu bəlaya qarşı müharibə elan edək", - R.Quliyev qeyd edib.(axar.az)



Qubada “patı” istifadə edən dəstə yaxalandı
DİN-dən məktəblərdə "patı" satışı barədə iddialara CAVAB
“Patı” Azərbaycana Xankəndindən gəlir? - Türkiyə mediası
Polisdən daha bir "patı" əməliyyatı
Azərbaycanda iki uşaq anası "patı"dan öldü
"Patı" satan 7 nəfər tutuldu
Musayevdən yeni növ narkotiklərlə bağlı XƏBƏRDARLIQ
Məşhur bloger "patı" ilə yaxalandı - Həmin görüntülər - VİDEO
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Şirvanda "patı" satan qadın ƏLƏ KEÇDİ
Qubada "patı" satan dəstə üzvləri saxlanıldı
"Patı" təhlükəsi Milli Məclisdə
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 