Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Məmmədağa qızı Mustafayeva, övladı 13 yaşlı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb.
Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb. Uşağı xilas edə bilib.
Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.
Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.
Xatırladaq ki, bu artıq son illər ərzində birinci hadisə deyil, ərazidən keçən Samur-Abşeron və Samur-Dəvəçi su kanallarının üzərində qoruyucu örtük və ya ərazini mühafizə dəmir torlarla əhatələnməməsi insanların və heyvanların bu kanallara düşməsinə səbəb olur.
Faktla bağlı araşdırma aparılır.



Qubada FACİƏ: 2 nəfər kanalda batdı
Qızı ilə Kürdə batan atanın meyiti tapıldı
2 gəncin meyiti sudan çıxarılıb - FHN
Samur- Abşeron kanalında meyit tapıldı
Şəkidə FACİƏ: 4 yaşlı qız öldü
Ailə faciəsi- Maşın su kanalına düşdü, ata öldü, ana və övladı...
Azərbaycanda müğənni yol qəzasında ölüb
Azəzrbaycanda DƏHŞƏTLİ QƏZA: Bir ailənin 4 üzvü...
Bir nəfər Samur-Abşeron kanalında batdı
Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı
Astarada qadınlar arasında dava: Biri bıçaqlanaraq öldürüldü
Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı və... - DƏHŞƏTLİ OLAY
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 