“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.
Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.
Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.
Gənclər layihəyə www.genc.az saytı və “GencAPP” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.
Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 15 avqustadək davam edəcək.



İşəgötürənlər üçün yeni layihəyə start verilir
Heç kəs işsiz qalmayacaq-MÜTLƏQ OXUYUN
Nazirlik işəgötürənlərə müraciət etdi
İşəgötürənlərin NƏZƏRİNƏ
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - Hər ay 250 MANAT ALACAQLAR
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Minimum əmək haqqı nə qədərdir?
“Bacarıqlı gənclər” festivalı keçiriləcək
Azərbaycanda bu şəxslərə 250 manat təqaüd verilir - RƏSMİ
İşsizlərin nəzərinə!- Əmək haqqı alacaqsınız
İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR - Gələn aydan...
Laçında əmək yarmarkası keçirilib
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 