İşəgötürənlər peşə hazırlığının təşkilində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media-ya verilən məlumata görə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursları təşkil edilir. İşəgötürənlər peşə hazırlığı kurslarının təşkili istiqamətində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər. Xidmət tərəfindən peşə hazırlığı lazımi peşə və ya ixtisası olmayan işaxtaran və işsiz şəxslər üçün münasib iş seçmək mümkün olmadıqda və ya onlar əvvəlki peşəsi (ixtisası) üzrə işləmək qabiliyyətini itirdikdə təşkil olunur. Peşə hazırlığı kursları 6 ayadək müddətə təşkil olunur və İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Bu kursların təşkili dövlət və ya fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrində həyata keçirilir. Həmin kurslar üçtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında təşkil edilir. Dördtərəfli müqavilə əsasında həyata keçirilən peşə hazırlığı kursları işəgötürənlərə təhsil prosesində iştirak etmək və daha səriştəli, istehsalat təcrübəsi olan işçi seçmək imkanı verir. Bu zaman işəgötürənlər peşəkar işçi qüvvəsi, işaxtaran isə daimi iş yeri əldə edir.
İşəgötürənlər peşə hazırlığının təşkilində əməkdaşlıq etmək üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər. (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: [email protected])Nazirlik işəgötürənlərə müraciət etdi



50 mindən çox işsizə iş verildi
Azərbaycanda bu şəxslərə 250 manat təqaüd verilir - RƏSMİ
Baş nazirdən qərar- Pul veriləcək
İşsizlərin nəzərinə! - Əmək yarmarkası keçiriləcək - SİYAHI
Milli Qəhrəmanın ailəsinə ev verildi
Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
İşsizlərə sığorta ödənişinin müddəti artırıldı
İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR - Gələn aydan...
İşsizlərə SEVİNDİRİCİ XƏBƏR
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – QƏRAR
Əli Əsədovdan məşğulluqla bağlı YENİ QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 