Bu il doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.
ONN media bildirir ki, bu il yeni doğulan 154 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və 2021-ci ilin altı ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.
Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Bununla yanaşı, bu il 33 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı.
Məlumat üçün bildirək ki, bu ilin ilk dörd ayında Polad adı 99 körpəyə, Xudayar adı isə 18 körpəyə verilmişdi. Beləliklə, son iki ay yarım ərzində Polad adı daha 55 uşağa, Xudayar adı isə daha 15 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.
Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Bu ilin iyulun 14-də Polad Həşimovun şəhid olmasından bir il ötüb. Ötən gün Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.
Xudayar adı isə Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyulun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
Xatırladaq ki, bu gün X.Yusifzadənin doğum günüdür. (report)



Bu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib
Daha 26 uşağa generalımızın adı verildi
153 uşağa Polad adı verildi
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Bu ilin üç ayında uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI
Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub?
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı - RƏSMİ
Bu il neçə körpəyə Nəsimi adı qoyulub? - STATİSTİKA
Ötən il Azərbaycanda uşaqlara qoyulan qəribə adlar - Balış, Diliş, Dərdayıl, Gil
Azərbaycanda 5 yaşadək problem yaşanır
Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 