“Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var”.
ONN media xəbər verir ki, bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.
Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.
T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir:
“Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir”.
UNICEF-in proqram rəhbəri uşaqların sağlamlıq vəziyyətinin göstəriciləri ilə bağlı sonuncu dəfə 2013-cü ildə Səhiyyə Nazirliyi ilə birgə araşdırma apardıqlarını da açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə statistik göstəricilər hələ açıqlanmayıb) 29 167 (2016-cı ildə 28 948) uşağa ilk dəfə anemiya diaqnozu, 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq boy artımının ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa isə (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.



Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ NƏDİR?
Azərbaycanda 1 yaşadək uşaqların ölüm SƏBƏBİ AÇIQLANDI
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - PULSUZ VERİLƏCƏK
Heydər Əliyev Fondu ilə UNICEF arasında memorandum imzalandı
Nazirlik uşaq intiharlarının səbəbini açıqladı
Doğum evlərində süni uşaq qidaları satılır?
10 yaşadək uşaqlara müavinət verilsin - Millət vəkili
Ölkədə ana və körpə ölümü azalıb
Azərbaycanda doğulan uşaqların sayı azalıb
Azərbaycanda yeni təhsil müəssisələri yaradılacaq
Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI nə qədərdir?
Azərbaycanda Şok statistika- 18 yaşlı oğlanlar...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 