İyulun 15-də mədəniyyət naziri Anar Kərimov Xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Elnur Sultanovu qəbul edib.
Mədəniyyət Nazirliyindən ONN media -ya bildirilib ki, görüşdə Birinci vitse-prezident, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində milli mədəniyyətimizin dünyada getdikcə daha çox tanındığı və UNESCO kimi nüfuzlu təşkilatlarda mövqeyinin güclənməsi qeyd edilib.
UNESCO-nun müvafiq siyahılarına daxil edilən milli mədəni elementlərimizin sayının getdikcə artdığının sevindirici olduğunu vurğulayan Elnur Sultanov son daxil edilən elementlər üzrə sertifikatların Azərbaycan tərəfinə təqdim edildiyini bildirib.
Milli Komissiyanın Baş katibi “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” və "Miniatür sənəti" nominasiya fayllarının Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatları nazir Anar Kərimova təqdim edib.
Sonda ölkəmizin UNESCO ilə əməkdaşlığı və müxtəlif Konvensiyalar çərçivəsində həyata keçirilən cari və perspektiv fəaliyyətlər ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilən “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli nominasiya faylının və ölkəmizin UNESCO-nun Təcili Qorunma Siyahısına təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” milli nominasiya faylının Siyahıya daxil edilməsi haqqında qərarlar 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində baş tutmuş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilib.
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” milli nominasiyası və Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdim etdiyi “Miniatür sənəti” çoxmillətli nominasiyası üzrə faylların Siyahıya daxil olması ilə bağlı qərarlar isə 2020-ci ilin dekabrın 16-da Parisdə baş tutan və virtual keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası çərçivəsində qəbul edilib.
Hazırda ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.



Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə bəyanatı
Fikrət Əmirov və Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
Nazir Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib
Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd edildi
"Bu hadisə göstərdi ki, biz birlikdə daha güclüyük"- Darxan Kıdırəli
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi
Anar Kərimov kollektivə təqdim olundu
Mehriban Əliyeva buna görə Azərbaycan xalqını TƏBRİK ETDİ
Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verdi
İlham Əliyev sərəncam imzaladı
UNESCO-nun Azərbaycanı əsassız olaraq günahlandırması qərəzli yanaşmadır - Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 