“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki, Dədə Qorqud Altayalardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır.
ONN media xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli deyib.
Azərbaycan xalqını və bütün Türk dünyasını bu önəmli tarixi hadisə münasibəti ilə təbrik etdiyini bildirən TWESCO prezidenti Azərbaycanın bu prosesdə fəallığını yüksək qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, dünya əhəmiyyətli mədəniyyət abidəsi olan “Dədə Qorqud” Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və digər türkdilli ölkələrin birlik, bərabərlik və müxtəlifliyini, xalqlarımızın ailə dəyərlərini təbliğ edir. Bu misilsiz sənət və mənəviyyat abidəsində qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini geniş əksini tapır.
TWESCO prezidenti xatırladıb ki, 2015-ci ildə UNESCO-nun Parisdəki Baş qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq Beynəlxalq Türk Akademiyası "Dədə Qorqud irsi və Türk dünyası" mövzusunda Beynəlxalq simpozium təşkil edib. Həmin simpoziumda Azərbaycan, Qazaxıstan, Türkiyənin UNESCO Milli Komissiyalarının da dəstəyi ilə “Dədə Qorqud”un türk dünyasının ortaq abidəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin zəruriliyi qeyd edilib.
Akademiya rəhbərinin sözlərinə görə, həmin il Prezident İlham Əliyevin təlimatı əsasında Altay dağlarında aparılan arxeoloji qazıntılar zamanı türk xalqlarına məxsus ən qədim qopuz nümunəsi də aşkarlanıb. Həmin qopuzun surətləri türkdilli ölkələrin dövlət başçılarına təqdim olunub. Bu gün “Dədə Qorqud” dastanında təsvir olunan yerlərə, ad və toponimlərə Azərbaycan, Qazaxıstan, Türkiyə, hətta Macarıstanda da rast gəlmək mümkündür. Bütün bunlar Dədə Qorqudun bütün türk dünyasının mənəvi sərvəti olduğunu göstərir.
TWESCO prezidenti qeyd edib ki, “Dədə Qorqud”la yanaşı Türk dünyasının bir çox maddi və qeyri-maddi mədəniyyət nümunələri artıq beynəlxalq təşkilatın qoruması altındadır. O, xüsusilə Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti kamança hazırlanması və ifaçılıq sənəti, muğam ifaçılığı, aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında olması, həmçinin, Çövkən ənənəvi atüstü oyunu və Yallı ənənəvi qrup rəqsinin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasında Azərbaycan dövlətinin, xüsusilə Heydər Əliyev Fondunun böyük əmək sərf etdiyini bildirib. Bütün bunlar Türk dünyasının nə qədər böyük mənəvi mirasa sahib olduğunu gözlər önünə sərir.
Darxan Kıdırəli Türk dünyasının öz ortaq dəyərlərini birlikdə qorumaq və inkişaf etdirmək üçün daha sıx çalışmalı, səylərini birləşdirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hadisə bizim birlikdə daha güclü olduğumuzu bir daha əyani şəkildə göstərmiş oldu.



UNESCO-nun sertifikatları Anar Kərimova təqdim edildi
Darxan Kıdırəli Azərbaycan xalqını təbrik etdi
Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir
Qazaxıstanın XİN rəhbər: “Nazarbayev Azərbaycanla münasibətlərdən çox razıdır”
Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd edildi
Nazir Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək - FOTO
Astanada III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu keçirilib
UNESKO-dan ermənilərə ZƏRBƏ: “Sarı gəlin” Azərbaycanındır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 