Seyid Ocaqları və "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə hər il olduğu kimi, bu il də qurban payları paylanıb.
ONN media xəbər verir ki, 500-dən çox aztəminatlı, habelə qazi və şəhid ailəsinə qurban payı çatdırılıb.
Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli bu Qurban bayramında ayrıca sevincli olduqlarını bildirib: "Çünki illər ərzində Uca Yaradana etdiyimiz dualar gerçək oldu. Allaha şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz zəfər qazandı. Və 30 il sonra Qarabağda qurbanlar kəsildi ki, bu sevinci sözlə ifadə etmək mümkün deyil. Biz bu zəfərin qazanılmasında ordumuza, Prezidentimizə borcluyuq. Rəbbimiz dövlətimizi, vətənimizi, ordumuzu, Prezidentimizi qorusun!"
"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə hər il olduğu kimi, bu il də yüzlərlə ailəyə bayram sovqatı payladıqlarını deyib: "Artıq 500-dən artıq ailəyə Qurban payı çatdırmışıq. Onların hamısı həqiqi haqq sahibi olan qazi, şəhid, aztəminatlı ailələrdir. Xeyriyyə işləri ilə bağlı Heydər Əliyev Fondunun öncüllüyündə Azərbaycanda böyük işlər görülür. Biz də azacıq da olsa, bu işlərdə yardımçı olmağa çalışırıq. Xeyriyyə aksiyasını həyata keçirmək üçün maddi dəstək göstərən "Cənnət" Ət və Ət Məhsulları MMC-yə təşəkkürümüzü çatdırırıq".



Birinci xanımın təşəbbüsü ilə kasıb ailələrə qurban əti paylanır
Bakıda bayram namazı qılındı
Heydər Əliyev Fondu 100 min ailəni sevindirəcək
Orduda Qurban Bayramı belə qeyd olundu
Ordumuzda Qurban bayramı qeyd olundu
Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı - FOTO
Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır
Prezident Qurban Bayramı ilə bağlı təbrik ünvanlayıb
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Hərbi hissələrdə Qurban bayramı qeyd edilir
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 