Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib.
İdarədən verilən açıqlamada qeyd edilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur: “Bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək”.



Sürücülərə şad xəbər
Sürücülərə VACİB XƏBƏRDARLIQ: 2 gün sonra...
Azərbaycan vətəndaşlarına VACİB MÜRACİƏT
Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
Yol polisindən rayonlara gedən sürücülərə XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə VACİB XƏBƏRDARLIQ
DYP hərəkət iştirakçılarına müraciət edib
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Maşınına şəhid şəkli vuranların NƏZƏRİNƏ
DİN bu şəxslərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
Sürücülər üçün son 3 gün - 150 manat cərimə TƏHLÜKƏSİ + VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 