Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobillərin texniki nasazlığı ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, ötən gün Bakıda nasaz vəziyyətdə olan “Volkswagen” markalı avtomobil yolda tıxaca səbəb olub. Ərazidə xidmətdə olan yol patrul xidməti əməkdaşları kömək edərək həmin avtomobili yolun təhlükəsiz hissəsinə çıxarıblar. Nəqliyyat vasitələrinin sahibləri onların texniki sazlığına daim diqqət göstərməlidirlər.
“Fotoda göründüyü kimi, nəqliyyat vasitəsi kifayət qədər müasirdir. Lakin bu, o demək deyil ki, avtomobil yenidirsə ona qulluq olunmamalıdır. Hər bir nəqliyyat vasitəsinin sahibi “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinə əsasən, nəqliyyat vasitələrinin sazlığına mütəmadi olaraq diqqət yetirməlidirlər. Çünki bunlar yollarda sıxlığa səbəb olan hallardan biridir. Fotodan da görünür ki, əməkdaşlarımız nasaz olan avtomobilə kömək göstərirlər. Polis əməkdaşları, ümumiyyətlə, belə hallarla tez-tez rastlaşır və həmin avtomobil sahiblərinə kömək etməyi özlərinə borc bilirlər. Bu baxımdan bir daha sürücülərdən xahiş edirik ki, belə hallarla rastlaşmamaq üçün nəqliyyat vasitələrinin texniki sazlığına diqqəti artırsınlar”, - deyə Araz Əsgərli vurğulayıb.



Bu sürücülər 150 manat cərimə olunacaq – Xəbərdarlıq
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı sürücülərə müraciət
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
DYP bununla bağlı sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət edib
Maşının arxa şüşəsinə foto və şüar vuranlara XƏBƏRDARLIQ
DYP yenidən xəbərdarlıq etdi- Bu sürücülər cərimələnəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 