Bu gün Tokio-2020-də Azərbaycanın 3 idmançısı ölkəmizə medal qazandırmaq üçün səhnəyə çıxacaq.
ONN media xəbər verir ki, sərbəst güləşçilərimiz Hacı Əliyevlə Mariya Stadnikin ardınca karatenin əfsanəsi Rafael Ağayev medal qazanmaq üçün güclərini sınayacaq. Ağayevin qatıldığı karate yarışları saat 12-dən start götürəcək.
Mariya Stadnikin güləşdiyi 50 kq çəki dərəcəsində yarımfinal görüşləri Bakı vaxtı ilə saat 13:15-də başlayacaq. Təmsilçimiz isə 13:30-da güləşəcək. Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki olacaq.
Qızıl medal ümidlərimizdən olan Hacı Əliyev 1/8 finalda seneqallı Adama Dyatta ilə görüşüb. Güləşçimiz rəqibinə heç bir şans verməyib - 4:0. Daulet Niyazbekov (Qazaxıstan) ilə 1/4 final qarşılaşmasında daha asan qələbə (9:1) qazanan Hacı yarımfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşəcək. Görüş Bakı vaxtı ilə 13:40-da başlayacaq.
5 qat dünya, 11 qat Avropa çempionu yarışa qrup mərhələsindən start verərək. O, yarımfinala adlamaq, bununla da ən azı bürünc medalı təmin etmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır. O da bu gün günorta saatlarında rəqibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.
Görüşlərə İdman Azərbaycan Televiziyası ilə baxa bilərsiniz.



Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq
Hacı Əliyev FİNALDA
Paris-2024: Mariya Stadnik ilk görüşünə çıxacaq
Mariya Stadnikdən qızıl medal!
Hacı Əliyev üçqat Avropa çempionu olub
Üç idmançımız finala yüksəlib
Mariya Stadnik 8 qat Avropa çempionu oldu
Mariya Stadnik qızıl medal qazandı
Dünya Kuboku: Hacı Əliyev finala keçə bilmədi
Rafael Ağayev karyerasını nə zaman bitirəcək? - ÖZÜ AÇIQLADI
Ağayev niyə Premyer Liqaya yollanmayıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 