Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Yaponiya Milli Stadionundakı tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunub.
Əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib
Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Açılış mərasimindən fərqli, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyıb. Ardınca isə idmançılar eyni qaydada meydanın mərkəzinə toplaşıblar.
Paraddan sonra lazer işıqları ilə stadionun üzərində Olimpiya halqaları əks olunub. Daha sonra Yaponiyanın sosial həyatını özündə ehtiva edən kompazisiya göstərilib.
Bundan sonra qadınlar və kişilər arasında marafonun qalibəri mükafatlandırlıb. Qadınların mübarizəsində Keniya atleti Peres Cepçirpirə qızıl, onun həmyerlisi Bricit Kosgeyə gümüş, ABŞ təmsilçisi Molli Zaydelə bürünc medal təqdim olunub. Kişilərdə isə fəxri kürsünün ilk pilləsinə keniyalı Eliud Kipçoge qalxıb. İkinci yeri Niderland atleti Abdi Nageye tutub. Bürünc medalı isə Belçikanı təmsil edən Bəşir Abdi qazanıb.
Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.
Sonda isə olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.
xxx
Tokio Olimpiya Oyunları avqustun 8-nə planlaşdırılan bir sıra tədbirlərlə başa çatacaq.
Həmin gün səhər Sapporoda kişilər arasında marafon yarışı keçiriləcək. Qaçışçılar Sapporonun “Odori” parkında başlayacaq və yekunlaşacaq marşrut üzrə yarışacaqlar.
Qadınlar arasında basketbol üzrə final oyunu ABŞ və Yaponiya komandaları arasında keçiriləcək. Yaponiya komandası ilk dəfədir ki, bu yarışların final mərhələsinə adlaya bilib. ABŞ komandası isə artıq yeddinci dəfədir ki, Olimpiya Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Bazar günü, həmçinin velotrek və bədii gimnastika üzrə yarışlara yekun vurulacaq.
Tokio XXXII Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi yerli vaxtla saat 20:00-da Milli Olimpiya stadionunda keçiriləcək.
“Bizim bölüşdüyümüz dünya” adlı mərasimin təşkilatçıları insanların koronavirus pandemiyasına görə qapalı mühitdə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, eyni hissləri yaşadığını bir daha nümayiş etdirməyə çalışacaqlar.
Həmçinin bildirilir ki, təşkilatçıların qənaətinə görə bağlanış mərasimi, eyni zamanda tezliklə başlayacaq Paralimpiya Oyunlarının startına çevriləcək.
Bağlanış mərasimin ən parlaq anlarından birinin isə Olimpiya estafetinin “Tokio-2020”dən “Paris-2024”ə ötürülməsi olacaq.
Tokionun qubernatoru xanım Koike Yuriko Olimpiya bayrağını Parisin meri Ann İdalqoya təhvil verəcək.



Tokio-2020-nin açılış mərasimi başladı
Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi
Zelenski azərbaycanlı güləşçi ilə görüşdü
Hacı Əliyev FİNALDA
Tokio-2020: Azərbaycanın qadın bayraqdarı bəlli oldu
Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu məlum olub
Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq
Paris Olimpiadasında bu günün medal sıralaması
İdmançılarımız Yaponiyada qızıl medal qazandı
Rafael Ağayev karyerasını nə zaman bitirəcək? - ÖZÜ AÇIQLADI
Tokio-2020: Olimpiya məşəli alovlandırıldı
İslamiadada Azərbaycan 5-ci sıradadır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 