Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
ONN media xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.
Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.
Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Qeyd edək ki, avqustun 7-dək davam edəcək Tokio olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq.



Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi
Tokio-2020: Azərbaycanın qadın bayraqdarı bəlli oldu
Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Tokio Olimpiadası başa çatdı - YENİLƏNDİ
Paris olimpiadasının açılış mərasimi başladı
Tokio-2020: Olimpiya məşəli alovlandırıldı
Olimpiya oyunları ləğv ediləcək?
Azərbaycan Fransa kanalından şikayət edəcək- SƏBƏB NƏDİR?
XİN rəsmi məlumat yaydı
Parisdə yarış buna görə təxirə salındı
Bayrağımızı Rüstəm daşıyacaq
Millimiz Tokio-2020-yə daha bir lisenziya qazandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 