Allergiyası olan xanımlar saçlarının rəngini açmaq istəsələr də kimyəvi tərkibli boyalardan ehtiyatlanaraq bu addımı atmırlar. Üstəlik boyanın saça vurduğu ziyan da olduqca böyükdür.
ONN media xəbər verir ki, çobanyastığı saçları zədələmədən rəngini açmağa imkan verən təbii vasitədir.
Bir ovuc qurudulmuş çobanyastığını ən azı 2 stəkan suda qaynadın. Suyun rəngi dəyişdikdən sonra 10-15 dəqiqə soyumağa buraxın. Saçlarınızı bu su ilə yuyub qurudun. Bu saçınızın rəngini bir ton daha açacaqdır. Daha yaxşı nəticə əldə etmək üçün proseduru 4-5 dəfə təkrarlamaq lazımdır.
Saç quruduqdan sonra onu çobanyastığı suyundan arındırın. Saçları sonda təmiz su ilə yumaq vacibdir. Çobanyastığı suyunun saçda qalması onu zədələyə bilər.
Eyni zamanda bu proses hər gün tətbiq edilməməlidir. Hər iki gündən bir və gün aşırı təkrarlaya bilərsiniz. İki həftəlik fasilələrlə 2-3 həftə tətbiq edildikdən sonra saçın rəngi 3 tona daha açıq olacaq.
Çobanyastığı suyu saçların rəngini açmaqla yanaşı tökülmənin qarşısını alır, daha dolğun görünməsini təmin edir və saç köklərini gücləndirir.(axşam.az)



Yuxu problemini aradan qaldıran bitkilər
Çobanyastığının inanılmaz FAYDASI
Gələn ilin rəngi seçildi
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Gələn ilin rəngi hansıdır?
Ən çox içilən bitki çayı
Qızdırmanı tez salan ən yaxşı 6 vasitə
Gecə yatmazdan əvvəl bu çaydan İÇİN - Səhər yuxudan qalxanda...
Sakitləşdirici vasitələr
Saçları fenləmək ziyandır?
Paltarlarınızın rənginin solmaması üçün bunları edin
Mədə turşuluğu və qıcqırmasının təbii müalicəsinin resepti budur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 