Heç bir normal və əxlaqı yerində olan adam belə bir açıqlamanı qınamaya bilməz. Yalnız mental sağlamlıq problemləri olan, yaxud başqa maraqlara xidmət edən adam belə bir açıqlama ilə çıxış edə bilər. Öz axmaq və tərbiyəsiz açıqlamalarına görə Jirinovskinin üzünə ən çox tüpürən rus ziyalıları və ictimai-siyasi xadimləridir.
ONN media xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
“İsfəndiyar Vahabzadə yenidən təyinat almayanda Bəxtiyar Vahabzadənin oğlu olduğu üçün ona iş verilməsinin zəruriliyi barədə açıqlama vermişdim. İndi o deyir ki, azərbaycanlıları təhqir etdiyi üçün atam təyyarəyə minib Moskvaya uçar, Jirinovskini döyərdi. Adamdan soruşarlar ki, atan kimi davranmağa sənə kim mane oldu? Əminliklə deyirəm ki, bu sözlərinə görə Bəxtiyar Vahabzadə onu ciddi şəkildə qınayıb tənbeh edərdi. Onun o fikirləri ilə də razı deyiləm ki, guya deputatlar Jirinovskiyə tutarlı cavab verməyib. Yalnız mənim cavabımı oxusaydı, o cür danışmazdı. Mən istəmirəm ki, o da Azərbaycanın Jirinovskisi olsun. Rusiyadan fərqli olaraq, o, Azərbaycanda heç vaxt vitse-spiker olmayacaq. O öz qeyri-etik davranışını qəhrəmanlıq kimi qəbul edir. Bir tərbiyəsizə görə böyük bir xalqı təhqir etmək qəhrəmanlıq deyil. Hətta o xalqı təmsil edən dövlətin xalqımıza nə qədər pislik etdiyini düşünmüş olsan belə. Mən onu özündə güc tapıb rus xalqından üzr istəməyə çağırıram. Bu onu alçaltmaz. Həm özünü yüksəldər, həm də milli maraqlarımıza uyğun bir addım olar. O, Bəxtiyar Vahabzadənin oğlu olmasaydı, bəlkə də mən belə bir təkliflə çıxış etməzdim”, - Qüdrət Həsənquliyev bildirib.(axar.az)



Rusiya İsfəndiyar Vahabzadəyə 50 illik QADAĞA QOYDU
Bəxtiyar Vahabzadə
Millət vəkilindən AMEA ilə bağlı ŞOK AÇIQLAMA
Bu gün Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
13 fevral Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
Bəxtiyar Vahabzadə
Sərt karantin rejimi uzadılacaq? - 1 həftədən sonra...
Deputatlar özləri üçün ömürlük pasport istədi
“Mübariz Mənsimova qarşı bu cür hallar aradan qalxsın” - MİLLƏT VƏKİLİ
XİN keçmiş səfirə cavab verdi
16 avqust - Bəxtiyar Vahabzadənin doğulduğu gündür
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 