Millət vəkillərinə ömürlük diplomatik pasport verilməlidir.
Bunu parlamentin plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı bildirib ki, diplomatik pasportlar sadəcə millət vəkili kimi fəaliyyət dönəmində verilir: "Amma dünyanın əksər ölkələrində millət vəkillərinə ömürlük diplomatik pasport verilir. Bəzən millət vəkilləri deputatlıq fəaliyyəti bitəndən sonra da ölkə üçün önəmli işlər görürlər. Amma diplomatik pasportun olmaması müəyyən çətinliklər yaradır. Ona görə də hesab edirəm ki, hansısa formada bu məsələ haqqında düşünməliyik".
Deputatlardan Fəzail Ağamalı və Məlahət İbrahimqızı da bu təklifi dəstəkləyərək məsələnin hansısa formada həllinin tapılmasını təklif etdi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu məsələ deputatların statusu haqqında qanunla tənzimlənir.
"Əgər deputatlar təklif edərsə, məsələyə baxıla bilər", - o deyib.



Novruzovdan qəribə açıqlama: Hamısı biznesmen, iş adamı deyil ki...
Uşaqpulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olundu
Sərt karantin rejimi uzadılacaq? - 1 həftədən sonra...
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
Şuşa şəhəri haqqında qanun layihəsi qəbul edildi
Paşinyanın adamlarına 2 saat vaxt verildi və...
Bu mənzillərin satışı qadağan edilsin - Millət vəkilindən TƏKLİF
Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
Türkiyə parlamentində GƏRGİNLİK
Deputatdan Fransaya görə "xüsusi iclas" təklifi
Banklar artıq krediti gecikdirənlərə bunu edə bilməyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 