"Rusiyanın sülhməramlı qüvvələri sülhün bərqərar olunması üçün orada müvəqqəti olaraq fəaliyyət göstərir. Xarici qüvvələrin təsiri altında olan ermənilərin təxribatlar törətməsi istisna deyil".
Bunu açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.
Hərbi ekspert qeyd edib ki, ermənilər kənar qüvvələrin təhriki ilə təxribata əl atır:
"Azərbaycan ilə Ermənistan arasında hələ sülh müqaviləsi bağlanmayıb. Təbii ki, müəyyən revanşist qüvvələr Azərbaycan ərazisində olan ermənilərə təsir edir. Ermənistan tərəfi işğal etdiyi torpaqlarda döyüşə hazırlıq görürdü və açıqlama vermişdilər ki, partizan hərəkatına keçəcəyik. Bu cür çıxışlar edən erməni tərəfi sonda kapitulasiya aktını imzaladı. Azərbaycan Silahlı qüvvələri müharibədən sonra bütün o ərazilərdə qabaqlayıcı tədbirlər həyata keçirib. Bütün ərazilər Azərbaycan ordusunun nəzarəti altındadır və ordumuz orada baş verə biləcək hər hansısa təxribata qarşı adekvat addımlar atmağa qadirdir".
Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan tərəfindən Qarabağa gətirilən muzdlu döyüşçülərin aqibəti bilinmir:
"Sülh müqaviləsi bağlanana qədər bu cür hadisələrin baş verməsi istisna olunmur. Bütün bu proseslərə Azərbaycan dövlətinin müvafiq qurumları nəzarət edir. Bu cür hadisələr olmasaydı nə Rusiya sülhməramlılarına, nə də monitorinq quruplarına ehtiyac qalmazdı. Atəşkəsin pozulması halları tez-tez baş verir və bu məsələlər araşdırılır. Hazırda Azərbaycan Silahlı Qüvvələri istər daxilində olan hadisələrə, istərsə də dövlət sərhəddində bütün proseslərə nəzarət edir. Azərbaycan ordusu qarşısına qoyulan bütün tapşırıqları və Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır. Son zamanlar baş verən hadisələrlə bağlı müvafiq dövlət qurumları bəyanatlar verib. Azərbaycan tərəfi ona qarşı törədilmiş təxribatın cavabını layiqincə verir”.



Ermənilərin Şuşa ətrafına atəş açmasının əsas səbəbi... - POLKOVNİK AÇIQLADI
Ermənistan bunu edərsə, itkilər verməyə davam edəcək - Polkovnikdən XƏBƏRDARLIQ
Ordumuz terrora qarşı savaşa hazırlaşır – Polkovnik
Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik
Bu, Ermənistanın sonu olacaq - Arzu Nağıyev
Düşmən PUA-ları niyə aktivləşib? - AÇIQLAMA
SON DƏQİQƏ: Ermənilər təxribat törətdi, çox sayda hərbçi MÜHASİRƏYƏ ALINDI VƏ...
Sərhəddə anti-terror əməliyyatı başlayacaq?
Ermənilər Qaragöldə belə mühasirəyə salındılar - FOTOLAR
Tovuz döyüşlərinin nəticəsi nə oldu? - Polkovnik
Sülh müqaviləsi müzakirə edilir? – Detallar məlum oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 