Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
ONN media xəbər verir ki, açılış oyununda "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş kifayət qədər maraqlı alınıb. Matç ümumilikdə yerli komandanın üstünlüyü şəraitində keçib.
Artıq 11-ci dəqiqədə "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. 30-cu dəqiqədə meydan sahibləri növbəti qolunu vurub. Bu dəfə Rafael Utziq çoxgedişli kombinasiyanı məntiqi sonluğa çatdırıb.
"Keşlə" təsəlli qolunu 76-cı dəqiqədə vurub. Anatole Abanq uzaqdan gözəl zərbə ilə fərqlənib və qolunu oyunu stadiondan canlı izləyən azərbaycanlı həyat yoldaşı Adelya Hacıyevaya həsr edib.
Oyunun uzatma dəqiqələrində qonaq komandanın müdafiəçisi Şəhriyar Əliyev referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.
Beləliklə, "Qəbələ" mövsümdə ilk qələbəsini qazanaraq, xallarını 4-ə çatdırıb və liderliyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Keşlə" isə sonuncu pillədə qalıb. Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov bu dəfə keçmiş komandası ilə qarşılaşmada məyus olub.
Qeyd edək ki, günün digər oyunu saat 20:00-da başlanacaq. "Kapital Bank Arena"da "Sumqayıt" xalı olmayan daha bir komanda "Sabah"ı qəbul edəcək. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" görüşləri ilə yekun vurulacaq.



"Qəbələ" "Səbail"i darmadağın etdi
"Zirə" son dəqiqələrdə qələbəni əldən verdi
"Qarabağ" "Sabah"ı məğlub etdi
"Qarabağ" FK darmadağınla qalib gəldi
"Neftçi" "Keşlə"ni darmadağın etdi
"Səbail" "Qəbələ"ni məğlub etdi
"Qəbələ" "Neftçi"yə böyük hesabla məğlub oldu
"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vuruldu
"Sabah" "Qəbələ"ni bu hesabla məğlub etdi
"Qarabağ" "Neftçi"ni məğlub etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 