Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib. ONN media xəbər verir ki, günün ilk oyununda "Keşlə" çempionluğa iddialı "Neftçi"ni qəbul edib. “ASK Arena”dakı qarşılaşma gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb. Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu "Keşlə"nin futbolçusu Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. 74-cü dəqiqədə "ağ-qaralar"ın tanınmış futbolçusu Keysuke Honda fərqi iki topa çatdırıb. Bununla da yaponiyalı yarımmüdafiəçi yeni komandasında rəsmi oyunlarda ilk qola imza atıb. Matçda son nöqtəni isə görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə flaqmanın kapitanı Emin Mahmudov qoyub. Bu nəticədən sonra xallarının sayını 50-ə çatdıran "Neftçi" ən azı bir günlük liderliyi ələ alıb. "Keşlə" isə 23 xalla 6-cı sıradadır. Qeyd edək ki, günün digər matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.
"Neftçi" "Keşlə"ni darmadağın etdi



"Qarabağ" "Neftçi"ni məğlub etdi
"Qəbələ" "Səbail"i darmadağın etdi
"Qarabağ" "Sabah"ı məğlub etdi
"Qarabağ" "Səbail"i darmadağın etdi
"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu
"Qarabağ" son oyunda xal itirdi
"Zirə" son dəqiqələrdə qələbəni əldən verdi
"Neftçi" öz meydanında məğlub oldu
"Neftçi" bu komandaya məğlub oldu
"Qarabağ"dan növbəti qələbə
Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vuruldu
"Neftçi" "Sumqayıt"la heç-heçə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 