Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində işgüzar səfərini başa vuraraq ölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib. Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.
ONN media xəbər verir ki, Nursultan Nazarbayev adına Beynəlxalq Hava limanında Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xanım Bailam Kesenbayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və digər rəsmi şəxslər qarşılayıb.
Nümayəndə heyətimiz ölkəmizin Qazaxıstan Respublikasındakı səfirliyini ziyarət edərək səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov səfirliyin fəaliyyəti barədə məlumat verib. Milli Məclisin sədri Sahibə Qafarova və deputatlarımız səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Burada parlament nümayəndə heyətinin üzvləri 27 sentyabr - Anım Gününə həsr olunmuş banerin qarşısına gül qoyaraq, şəhidlərimizinəziz xatirəsini yad ediblər. Milli Məclisin sədri Sahibə Qafarova səfirlikdə Heydər Əliyev Muzeyi ilə də tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb, Xatirə kitabına ürək sözlərini yazıb. Sonra Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Muzeyinə gedərək buradakı eksponatlarla tanış olublar. Azərbaycan parlamentinin rəhbəri muzeyin Xatirə kitabına da ürək sözlərini yazıb və muzeyə hədiyyə təqdim edib.
Nümayəndə heyəti Nazarbayev Universitetində olub. Nümayəndə heyətinin üzvləri bu təhsil kompleksində professor-müəllim kollektivi üçün yaradılmış şəraitlə tanış olublar, onlara universitet haqqında geniş məlumat verilib.



Sahibə Qafarova Qazaxıstana getdi
Sahibə Qafarova Macarıstandakı səfirliyimizdə
Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Sahibə Qafarova Pakistanda
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başladı
Milli Məclis sədrinin Özbəkistana səfəri başlayıb
MM sədri Türkiyəyə getdi
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Sahibə Qafarova Tacikistana rəsmi səfər edib
Sahibə Qafarova Özbəkistana səfər edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 