Könüllü Yardım Fondu şəhid və qazi ailələrinə məktəb çantası ve dərs ləvazimatları payladı. ONN media xəbər verir ki, şəhid və qazi ailələrinə Könüllü Yardım Fondu vətən müharibəsinin qəhrəmanlar və övladları ilə tədbir keçirdi. Tədbirdə qazi övladlarına məktəb çantası ve dərs ləvazimatları paylandı. 2020 -ci ilin İyul ayı tarixindən etibarən "Milli Orduya Dəstək"- layihəsinin təsisçisi və koordinatoruyam. Bu layihənin icrasına başlandığı gündən hazırkı tarixə qədər könüllü vətəndaşların həm ianələri, həm də fiziki köməyi ilə 192 TIR yük maşını təkəri yükləyib, cəbhə bölgəsinə göndərmişik. Həmçinin, təkərdən əlavə, 10 min ədəd şpal, 20 min ədəd kisə də tərəfimizdən hərbi hissələrə göndərilib. Vətən Müharibəsi başlandı və müharibə dövründə də, vətəndaşların ianə dəstəyi ilə 830 min manatlıq yardım toplanılıb, mənim koordinatorluğumla cəbhəyə yardım olaraq göndərilib. 44 günlük Vətən Müharibəsi bitdikdən sonra yenə də öz fəaliyyətin davam etdirərək, Bu dəfə şəhid və qazi ailələrinə dəstək olmaq üçün ictimai əsaslarla "Könüllü Yardım Fondu"-nu təsis etmiş. Hazırda bu fond vasitəsi ilə yardımlar davam etdirilir. Son səkkiz ay ərzində 1000-dən çox qazi və şəhid ailəsinə birbaşa yardımlar etmişdi. Şəhid və qazi ailələrinə Könüllü Yardım Fondu, bu gün də şəhid ailələri, qazilərlə əlaqələri kəsmir, daima onları diqqətdə saxlayır. Hazırda daha bir sosial layihə həyata keçirilir. bu layihə Respublika üzrə İbtidai sinifdə oxuyan qazi övladlarına məktəb çantası və dərs ləvazimatları hədiyyə ediblər. 24 Avqust 2021-ci il tarixdə Könüllü Yardım Fondunun təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində iştirak edərək şücaət göstərmiş 25 qazi və onların 38 övladı ilə tədbir keçirildi. Tədbir himnimizin səslənməsi ile açıq elan edildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra KYF-nin Bakı əməkdaşı Pərviz Qurbanov açılış çıxışı etdi. Daha sonra yemək süfrəsi arxasında qazilər keçdikləri döyüş yolundan danışıb fikirlərini bölüşdülər. Daha sonra 38 nəfər qazi övladı üçün şənlik təşgil edildi. Qazilərimizin uşaqları şeir dedilər, oyunlar oynadılar. Şənlik bitdikdən sonra qazilər və övladları tək-tək səhnəyə dəvət olundu. Bütün uşaqlara məktəb çantası və dərs ləvazimatları təqdim edildi. Qeyd edek ki, bu tədbirlər sentyabrın 15-nə kimi bütün ölkə üzrə davam edəcək. 500-dən çox qazi övladını məktəb çantası və dərs ləvazimatları ilə təmin edəcəyik. Həmçinin bu uşaqların təhsili daim Könüllü Yardım Fondunun nəzarətində olacaq. Təhsillə bağlı sona kimi dəstək olacayıq . Tədbirin sonunda məkanın sahibi "Elçaço" restoranına və ianə edərək fonda dəstək olan həkimlərə, iş adamlarına, dostlara təşəkkürlər bildirirdi.
Könüllü Yardım Fondu vətən müharibəsinin qəhrəmanları və övladları ilə tədbir keçirdi - FOTOLAR



“Zəfər Yolu” layihəsi Ağdamda tədbir keçirdi
TİKA cəbhəyə tibbi yardım göndərdi
ETSN -nin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir
Qənirə Paşayeva bir qrup qazi və şəhid valideynləri ilə görüşüb - FOTOLAR
MEK-in əməkdaşları “YAŞAT” fonduna növbəti dəfə ianə ediblər
Şəhid ailələrinə və qazilərə ödənəcək təqaüdlərin MƏBLƏĞİ AÇIQLANDI
DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
60-dan çox şəhid və qazi ailəsinin evinə qaz çəkildi
Vətən müharibəsi qazisi vəfat etdi
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - FƏRMAN
Qusman Azərbaycan Ordusuna 50 min dollar bağışladı
Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcu ödənildi
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 