Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.
Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq.
B.Hüseynov əlavə edib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.
Onun sözlərinə görə, nazirliyin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Bununla əlaqədar Sosial Xidmət Agentliyi tərəfindən "Qaynar xətt" (050 406 75 85) yaradılıb.
B.Hüseynov qeyd edib ki, psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər. (trend)



Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
Müavinət və təqaüdlər artırılacaq? - RƏSMİ
Nazirlikdən şəhid ailələrinə veriləcək müavinətlə bağlı YENİ AÇIQLAMA
Nazirdən şəhid ailələri və müharibə əlillərinə veriləcək evlərlə bağlı AÇIQLAMA
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Şəhid adının əbədiləşdirilməsi ilə bağlı dəyişikliklər olacaq
Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcu ödənildi
Nazirdən şəhid ailələrinə mənzil verilməsi barədə MÜHÜM AÇIQLAMA
Müharibə əlillərinin pensiyası nə qədər artıb?
Məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə veriləcəyi TARİX AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 