Azərbaycan Milli Paralimpiya Komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışı yekunlaşıb.
ONN media Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, idmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.
Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanan idmançılarımızdır.
Əlavə olaraq, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:
Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.
Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.
Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.
Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.


Para-atletimiz Polşada qızıl medal qazandı
Atletlərimiz qızıl və gümüş medallar qazandılar
Prezident Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik etdi
Prezident paralimpiyaçıları təltif etdi
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci medalı qazandı
Tokio-2020: İlham Zəkiyev mübarizəyə başlayır
Mehriban Əliyeva qalib idmançıları təbrik etdi
Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı
Azərbaycan Paralimpiya Oyunlarında 32-ci yerdədir
İlham Zəkiyev qızıl medal qazandı
Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıtdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 