Ötən gün Kür çayının Salyan rayonunun Babazanlı kəndindən keçən hissəsində 15 yaşlı oğlanın batması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə 15 yaşlı Emil Baxışov və digər iki yeniyetmə Kürdə taxta qayıqla gəzintiyə çıxan vaxt baş berib. Belə ki, Kür çayında hərəkətdə olarkən qayığa su dolmağa başlayıb.
Bu zaman qayıqçı 2 azyaşlı uşağı xilas etsə də, 15 yaşlı Emil Əziz oğlu Baxışov suda boğulub. Bir neçə saat davam edən axtarışlardan sonra ötən gecə Emilin meyiti çaydan tapılıb.
Bədbəxt hadisənin qurbanı olan yeniyetmənin fotolarını təqdim edirik.
*****
08:36
Kür çayının Salyandan keçən hissəsində boğulan gəncin meyiti çıxarılıb.
2006-cı il təvəllüdlü Baxışov Emin Əziz oğlunun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Salyanın 3 sakininin olduğu qayıq çevrilib. Hadisə nəticəsində 2 nəfər xilas olub, E.Baxışov isə çayda bataraq boğulub.
Faktla bağlı araşdırma aparılır.
xxx
Salyanda Kürdə boğulan gəncin axtarışları hələ də davam edir.
Salyan şəhər sakini, 15 yaşlı Baxışov Emin Əziz oğlu və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olunsa da, E.Baxışov Kürdə batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.



Kür çayına düşən gəncin axtarışları davam edir
Yeniyetmə faciəvi şəkildə öldü
Qızı ilə Kürdə batan atanın meyiti tapıldı
Beş yaşlı uşaq Kürdə boğularaq öldü
Kürdə batan kişinin meyiti tapıldı
2 gəncin meyiti sudan çıxarılıb - FHN
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kürdə batan uşağın meyiti tapıldı
Tovuzda dəhşətli hadisədə ölənlərlə bağlı YENİ MƏLUMAT
Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü
Dənizdə batan 10 yaşlı oğlanın meyiti tapıldı
Kürdəmirdə gənc oğlanın meyiti tapıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 