Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamov cinayətin işi üzrə məhkəmə prosesi keçirilib.
ONN media xəbər verir ki, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Hüseynovun sədrliyi ilə baxılıb.
Prosesdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı şahid qismində ifadə verib. O bildirib ki, Elnur Mövlamovu əməliyyat-axtarış tədbirləri nəticəsində tutublar.
E.Mövlamov polisin dediklərini təkzib edib.
Polis əməkdaşı söyləyib ki, təqsirləndirilən şəxsə xəsarət yetirilməyib:
"Hətta tutulanda özü mənə dedi ki, 3-4 gün əvvəl qumar oynayıb. Orada dava düşüb və xəsarət alıb".
E.Mövlamov isə təkidlə hakimdən əməliyyat çəkilişinə baxılmasını və orada xəsarət aldığını deyib.
Proses zamanı məlum olub ki, E.Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.
Növbəti iclas sentyabrın 7-ə təyin olunub.
Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.
Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.(report)



Alim Qasımovun keçmiş kürəkəninin cəzası azaldıldı
Alim Qasımovun kürəkəninə hökm oxundu
SON DƏQİQƏ: Alim Qasımovun kürəkəni həbs edildi
Polis əməkdaşı ağır xəsarət alıb
Əvvəl taksiyə oturdu, sonra...
Polis əməkdaşı xəsarət aldı
Alim Qasımovun fantastik toy qiyməti açıqlandı
Eyvazov polis əməkdaşı ilə vida mərasimində
Eldar Həsənovun qudası məhkəmədə ifadə verdi
Sumqayıtda CİNAYƏT: Taxsi sürücüsünü öldürüb, sonra isə...
Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı
İlkin Süleymanov məhkəmədə ifadə verib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 