Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. ONN media xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror R.Hüseynovun 18 il, digər təqsirləndirilən şəxslərin isə hər birinin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Proses martın 4-də davam edəcək. İttihama görə, ötən il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobilin sükanı arxasında bir nəfərin çoxsaylı bıçaq xəsarətləri ilə öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin "Mercedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib. DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub. Məlum olub ki, qətl iştirakçıları taksi sürücüsünün cibindən 19 manat götürüb.
Sumqayıtda CİNAYƏT: Taxsi sürücüsünü öldürüb, sonra isə...



19 manata görə taksi sürücüsünü ÖLDÜRDÜ
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
Qohumlar arasında QORXUNC CİNAYƏT - Bacısının ərini...
DƏHŞƏTLİ CİNAYƏT: Əri ilə mübahisə etdi və...
Oğurluq etdiyi evin sahibini qətlə yetirən şəxsə höküm oxundu
Qardaşı arvadını bıçaqladı - Səbəbi isə...
Kafedə tanışını elə döydü ki...
BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq
Əvvəl taksiyə oturdu, sonra...
Nikosayağı-ya 6 il həbs verilə bilər?
Bakıda tanışını evinə çağırdı, sonra isə...
Rövşən Əkbərova AĞIR CƏZA VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 