Hazırda Azərbaycanla sülh sazişi haqda müzakirələr aparılmır.
ONN media xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Mirzoyan qeyd edib ki, Azərbaycan hazırda mövcud olan iki müqaviləni – 10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrini icra etməyə diqqətini ayırmalıdır.
“Əgər sözügedən danışıqlar (sülh müqaviləsi bağlamaq üçün müzakirələr – red.) başlayarsa, orda mütləq Dağlıq Qarabağın statusu ilə bağlı məsələ ATƏT-in MQ-nun prinsipləri əsasında qeyd edilməlidir”, - deyə Mirzoyan bildirib.
Qeyd edək ki, 2019-cu ildə də Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar üçün “7 şərt” irəli sürmüşdü və nəticə hər kəsə bəllidir. Təəssüf ki, 2019-cu ildə “7 şərt” irəli sürənlər 10 noyabr 2020-ci ildə kapitulyasiyaya necə imza atdıqlarını çox tez unudublar və “yeni şərt” irəli sürməyə cəsarət edirlər. Əlbəttə ki, onların bu “cəsarəti” Rusiya paytaxtında “əldə etməsi” də təsadüf deyil.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və problemin həll edildiyini rəsmən elan edib, hazırda sərhədin delimitasiya və demarkasiya məsələsinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının vacibliyini önə çəkir. Eyni zamanda, nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənistanın sülh danışıqlarına başlaması və Azərbaycanın bütün dünya tərəfindən tanınan sərhədlərini tanımasını tələb edir.(axar.az)



Bayramov və Mirzoyan bu məsələdə razılaşdı
Moskvada üçtərəfli görüş başa çatdı
Lavrov Mirzoyanla Qarabağı MÜZAKİRƏ ETDİ
Mirzoyan və Çavuşoğlu arasında nə müzakirə olundu?
Azərbaycanın səsləndirdiyi təkliflər... – Mirzoyan
Mirzoyan bu tarixdə Rusiyaya gedir
Azərbaycan XİN-dən Mirzoyana cavab
Mirzoyan və Lavrov nəyi müzakirə etdi?
Mirzoyan və Bayramov nə vaxt görüşəcək?
Bayramov və Mirzoyan arasında görüş keçiriləcək
Mirzoyan sammitdən niyə imtina etdi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 