Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə parlamentində sualları cavablandırarkən rəsmi İrəvanın bir aydır Bakıdan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözləməsinə, Azərbaycan tərəfinin guya danışıqları dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib.
ONN media-nın məlumatına görə, Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur:
"Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik. Məlumdur ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən ilin 2 oktyabr tarixində Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün Moskvada 23 dekabr 2022-ci il tarixində keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, təəssüf ki, bununla danışıqlar prosesini pozub".
"Bir daha bəyan edirik ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır. Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir", - sözçü qeyd edib



Xarici İşlər Nazirliyi daha bir rəsmi məlumat yaydı
Rəsmi Bakıdan Ermənistana SƏRT CAVAB
XİN rəsmi məlumat yaydı
Ceyhun Bayramov Xovayevlə görüşdü
Bayramov və Mirzoyan arasında növbəti görüş keçirilib
Bakıdan İrəvana tələb- RƏSMİ
Azərbaycan XİN-dən erməni nazirə CAVAB
XİN İrəvana çağırış etdi
Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb
XİN rəsmi məlumat yaydı
Üçtərəfli görüşdə nə müzakirə olundu?
Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edilib - PREZİDENT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 