Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmağa yönələn halların qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.
ONN media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Müəyyən edilmişdir ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nəlayiq ifadələr işlətmiş və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.



Model Razini döyən şəxs həbs edildi
Kafedə silahlı insident - Bakıda
Həkimi döyən saxta əlilə cinayət işi açıldı
Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq etdi
Azərbaycanda saxtakarlıq edən tibb bacısı belə cəzalandırıldı
Əli Əliyev Baş Prokurorluğa çağırıldı - Xəbərdarlıq edildi
Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
Bakıda məktəbin qadın müəllimləri DAVA ETDİ
Polis ictimai yerlərdə 7 koronavirus xəstəsi aşkarladı - CİNAYƏT İŞİ AÇILDI
Koronavirusu yayan gəncə cinayət işi açıldı
Bu ermənilərlə bağlı cinayət işi açıldı
BŞİH və paytaxt polisi reydləri daha da gücləndirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 