“Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə bir çox sosial müdafiə proqramları əhəmiyyətli dərəcədə genişləndirilib”.
ONN media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Televiziyasına müsahibəsində vurğulayıb.
O, xüsusilə şəhid ailələri və müharibə əlillərinin mənzillə təmin edilməsi proqramını qeyd edib:
“Bu kateqoroyadan olan şəxslərə bu il əvvəlki illərə nisbətən dəfələrlə çox olmaqla 3 minədək mənzil və fərdi evin verilməsi işlərinin aparılıb, onlardan 1 600-nün artıq verilib, ümumən ötən dövrdə 11 minədək şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib”.
S.Babayev müharibə əlillərinə təqdim edilən avtomobillərin sayının da artıq 7 200-ü ötdüyünü, bu il də müharibə əlillərinə artıq 100 avtomobilin verildiyini deyib:
“Eyni zamanda, postmüharibə dövründə mühüm dəstək istiqamətlərindən biri kimi, dövlət başçısının fərman və sərəncamları ilə şəhid ailələrinə, müharibə əlillərinə müavinət və təqaüdlərin məbləğləri də artırılıb. Bu artım bir sıra hallarda iki dəfə, orta hesabla isə 60 faiz təşkil edib.
Həmçinin, Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.
Vətən Müharibəsi Qəhrəmanlarının təminatının gücləndirilməsinin davamı olaraq, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin və ailə üzvlərinin mənzillə təmin edilməsi işlərinə başlayıb”.
S.Babayev postmüharibə dövründə sosial dəstək paketi çərçivəsində artıq 26 min insana 36 min xidmət göstərildiyini deyib.



Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edildi
Nazirdən maaşlarla bağlı ŞAD XƏBƏR
Nazirdən şəhid ailələrinə mənzil verilməsi barədə MÜHÜM AÇIQLAMA
Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
Müharibə əlillərinin pensiyası nə qədər artıb?
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Şəhid ailələri və müharibə əlillərinə 140 mənzil və fərdi ev verildi
Bu şəxslərə şad xəbər- Yeni evlər tikiləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 