Polşa Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.
Bu addıma səbəb son bir neçə həftə ərzində Əfqanıstan və İraq qaçqınlarının iki ölkənin sərhədlərində cəmləşməsidir. Polşa tərəfi qaçqınların sərhəddə saxlanılaraq geri qaytarılması, yeni sərhəd hasarlarının tikilməsi və indi isə fövqəladə vəziyyətin elan edilməsi yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısını almağa çalışır. Otuz günlük fövqəladə vəziyyət sərhəd bölgəsində 183 yaşayış məntəqəsini əhatə etməlidir. Həmin müddətdə nümayiş və digər aksiyaların keçirilməsinə də icazə verilməyəcək. Fövqəladə vəziyyət elan edilən ərazilərdə yerli sakinlərin hərəkəti sərbəst olacaq, həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin oraya daxil olmasına icazə verilməyəcək.
Polşanın daxili işlər naziri Mariuş Kaminski hökumətin qərarını müdafiə edərək bildirib ki, hazırda qonşu Belarusla sərhəddə vəziyyət gərgin həddə çatıb. Hökumətin qərarı rəsmi qüvvəyə minməsi üçün dövlət başçısı Andjey Duda tərəfindən də təsdiqlənməlidir.



Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
Ölkədə fövqəladə vəziyyət elan olundu- SƏBƏB?
Macarıstanda fövqəladə vəziyyət elan edildi
Nyu Yorkda fövqəladə vəziyyət elan olundu
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Almaniyada fövqəladə vəziyyət elan olundu
İTALİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ
SON DƏQİQƏ: Ukraynada fövqəladə vəziyyət elan olundu
New Yorkda fövqəladə vəziyyət elan olundu
Qazaxıstanda bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi
Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır
New Yorkda fövqəladə vəziyyət elan olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 