2019-cu ilin may ayından Bakı və Abşeron rayonu üzrə artıq 5 DOST Mərkəzi açılıb. Qısa müddətdə DOST Mərkəzləri şəbəkəsi ölkəmizin bütün regionlarını, o cümlədən işğaldan azad edilmiş bölgələri əhatə edəcək.
ONN media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir Şuşada da DOST Mərkəzinin yaradılacağını, ümumən işğaldan azad edilmiş rayonların hər birinin DOST xidmətləri ilə əhatə olunacağını deyib.
S. Babayev vurğulayıb ki, DOST Agentliyi və mərkəzləri Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılıb: "Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmətin "bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim olunmasına imkan verib”.
DOST Mərkəzlərində artıq 500 mininci vətəndaşa xidmət göstərildiyini qeyd edən S. Babayev vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 97 faiz üzərində olduğunu deyib.
Nazir bildirib ki, DOST mərkəzləri Azərbaycanın yeni brendi olmaqla, bir çox ölkə ölkəmizin bu innovativ yeniliyini öyrənməyə çalışır. Onun sözlərinə görə, hazırda 14 ölkə Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliyi olan DOST təcrübəsini özündə tətbiq etməkdə maraqlıdır.



Şuşada DOST mərkəzi yaradılacaq
Şuşa ilə bağlı işlərə başlandı - Nazirdən MÜHÜM XƏBƏR
ŞAD XƏBƏR: Bu ay pensiyalar artırılacaq
Bu ildən etibarən bu şəhərlərdə “DOST” mərkəzləri açılacaq
İşsizlərə ŞAD XƏBƏR- BU İL...
Bu il regionlarda DOST mərkəzləri yaradılacaq
Bu bölgələrdə də DOST Mərkəzləri açılacaq
Daha 5 DOST mərkəzi açılacaq
İlk DOST mərkəzi harada və nəvaxt yaradılacaq?
Prezident 2 saylı DOST mərkəzinin açılışında
İlham Əliyev DOST mərkəzinin açılışında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 